Gürcüstanın sabiq prezidenti Mixail Saakaşviliyə Ukrayna vətəndaşlığı verilib.
APA-nın “Gazeta.ru”-ya istinadən məlumatına görə, bu barədə Ukrayna Ali Radasının deputatları bildirib.
“Mixail Saakaşvili rəsmən Ukrayna vətəndaşı oldu”, “Pyotr Poroşenko bloku”nun təmsilçisi Mustafa Nayem özünün “Facebook” səhifəsində yazıb.
Digər deputat Sergey Leşşenko isə “Twitter"-də sabiq Gürcustan prezidentinə Ukrayna vətəndaşlığının verilməsi və Odessa vilayətinin qubernatoru vəzifəsinə təyin edilməsini təsdiqləyərək yazıb: “Mixo, biz yeni Batumi istəyirik!”.