Saakaşviliyə görə diplomatik qalmaqal yaranıb
16 fevral 2015 11:03 (UTC +04:00)

Saakaşviliyə görə diplomatik qalmaqal yaranıb

Ukraynanın Gürcüstandakı səfiri Vasil Tsıbenko Gürcüstan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

 

APA-nın xəbərinə görə, nazirlikdə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin Ukrayna prezidenti yanında beynəlxalq məsələlər üzrə Müşavirlər Şurasının sədri rəhbəri təyin olunması ilə əlaqədar səfirdən izahat tələb olunub.

 

Gürcüstan XİN faktı təsdiqləyib. Nazirlikdən bildirilib ki, Gürcüstanın Ukraynadakı səfiri Mixail Ukleba da bu ölkənin müvafiq qurumlarından məsələ ilə əlaqədar izahat istəmək niyyətindədir.

 

Qeyd edək ki, fevralın 13-də Ukrayna prezidenti Pyotr Poroşenko Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin Ukrayna prezidenti yanında beynəlxalq məsələlər üzrə Müşavirlər Şurasının sədri və özünün ştatdankənar müşaviri təyin olunması haqqında sərəncam imzalayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 168
avatar

Oxşar yazılar