Saakaşvilinin vətəndaşlığı ləğv olundu
04 dekabr 2015 16:25 (UTC +04:00)

Saakaşvilinin vətəndaşlığı ləğv olundu

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin vətəndaşlığı ləğv olunub.

APA-nın məlumatına görə, müvafiq sərəncamın mətni Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin rəsmi saytında yerləşdirilib.

 

Dünən G. Marqvelaşvili Gürcüstan Ədliyyə Nazirliyindən rəy alıb. Həmin sənəddə ölkə başçısına müəyyən prosessual hərəkətlərlə əlaqədar M. Saakaşvilinin vətəndaşlığının ləğvi barədə tövsiyə yer alıb. G. Marqvelaşvili nazirliyin təklifini nəzərdən keçirib və müvafiq sərəncam imzalayıb.

 

Xatırladaq ki, M. Saakaşvili 2015-ci ildə Ukrayna vətəndaşlığını alıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 216
avatar

Oxşar yazılar