Saakaşvili beynəlxalq axtarışa verilir
01 sentyabr 2014 12:11 (UTC +04:00)

Saakaşvili beynəlxalq axtarışa verilir

Gürcüstan Respublikası Prokurorluğu sabiq prezident Mixail Saakaşvilinin beynəlxalq axtarışa verilməsi üçün İnterpola müraciət edib. Lent.az-ın “Media forum” saytına istinadən məlumatına görə, prokurorluğun ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Natiya Suxiaşvili deyib ki, İnterpola rəsmi müraciətdə sabiq prezidentin qırmızı xətlə axtarışa verilməsi istənib.

2004-2013-cü illərdə prezident kürsüsünü tutmuş 47 yaşlı Saakaşvili Gürcüstanı ötən ilin noyabr ayında tərk edib. Bu il avqustun 1-də Tbilisi Şəhər Məhkəməsi prokurorluğun təqdimatına baxaraq onun haqqında həbs qətimkan tədbiri seçib. Sabiq prezident 5 milyon dollara yaxın dövlət vəsaitini talamaqda, vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilinir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 536
avatar

Oxşar yazılar