Saakaşvili tərəfdarları izdihamlı mitinq keçirib
16 noyabr 2014 02:37 (UTC +04:00)

Saakaşvili tərəfdarları izdihamlı mitinq keçirib

Tiflisdə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin təsis etdiyi “Vahid Milli Hərəkat” müxalifət partiyasının mitinqi keçirilib. APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, aksiyada 20 minədək etirazçı iştirak edib. Müxalifətin təşkil etdiyi mitinq Abxaziyanın Rusiya tərəfindən işğal olunmasına etiraz  məqsədi güdüb. Aksiyanın keçirilməsinə əsas səbəb Rusiya və separatçı Abxaziya rejimi arasında bağlamış  geniş inteqrasiya  və birgə ordunun yaradılması haqqında müqavilə olub. Məlumata görə, bəzi aksiya iştirakçılarının əlində üzərində “Rusiyanı dayandıraq” şüarı yazılmış Rusiya prezidenti V.Putinin portreti olub.   

 

 “İnterfaks”-ın xəbərinə görə,  Saakaşvilinin özü Kiyevdən  yaradılan videobağlantı vasitəsi ilə aksiyada çıxış edib.  “Bir tərəfdən Avropaya boylanan Gürcüstan, o biri tərəfdən isə  Rusiya ilə addımlarını razılaşdıran Gürcüstan var. Biz Gürcüstan hökumətinə xalqın vahid və məğlubedilməz olduğunu göstərməliyik ”, deyə Saakaşvili bildirib.

 

 Onun sözlərinə görə, keçmiş baş nazir Bidzina İvanişvili Gürcüstanı pərdə arxasından idarə edir.

Saakaşvilinin çıxışından sonra Gürcüstan və Avropa İttifaqının himni səsləndirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1521
avatar

Oxşar yazılar