Saakaşvili: “Ukrayna Qabonun səviyyəsinə düşüb”
12 sentyabr 2015 05:29 (UTC +04:00)

Saakaşvili: “Ukrayna Qabonun səviyyəsinə düşüb”

0

Ukrayna iqtisadi inkişafına görə Qabonun səviyyəsinə düşüb. Eks-prezident Viktor Yanukoviçin dövründəki göstəricilərə qayıtmaq üçün Ukraynaya 15 il vaxt gərəkdir.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili bəyan edib.

 

“Ukraynanın ÜDM-u 184 milyard ABŞ dollarından 115 milyarda düşüb. Bu o deməkdir ki, adambaşına düşən milli gəlirə görə biz Qabonun səviyyəsinə düşmüşük. Ukrayna hazırda Qabonun vəziyyətindədir”, deyə M.Saakaşvilli “Şuster-Live” proqramının efirində bildirib.

 

M.Saakaşvili həmçinin “kölgə iqtisadiyyatı”nın səviyyəsinin əhəmiyyətli dərəcədə artdığını vurğulayıb: “Kölgə iqtisadiyyatı” son il yarım ərzində 32%-dən 47%-dək artıb. Bunu beynəlxalq təşkilatlar da artıq təsdiq edir. Bu kimi hallar biznesi məhv edir”.

 

Odessa vilayətinin qubernatorun həmçinin bildirib ki, ölkə 53 bankın bağlanmasından 18,5 milyard ABŞ dolları itirib: “Ukraynanın iqtisadi  göstəricilərinin ildə 2-3% artdığı təqdirdə, biz yalnız 15 ildən sonra 2013-cü ilin rəqəmlərinə çata biləcəyik. Bunun qarşısını almaq üçün ölkədə köklü iqtisadi islahatların aparılmasına ehtiyac duyulur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 346

Oxşar yazılar