Saakaşvili: “Siyasi sığınacaq nəyimə lazımdır?”
31 iyul 2014 10:44 (UTC +04:00)

Saakaşvili: “Siyasi sığınacaq nəyimə lazımdır?”

0
“Siyasi sığınacaq nəyimə lazımdır? Axı görürsünüz ki, bütün ölkələrdə məni necə qarşılayırlar”.

 

APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Macarıstanda “Rustavi-2” telekanalının müxbirinin sualını cavablandırarkən deyib.

 

Dünyanın əksər ölkələrində yaxşı qarşılandığını deyən M.Saakaşvili jurnalistə ABŞ-da necə qarşılandığına diqqət yetirməyi məsləhət görüb. “Baxın Birləşmiş Ştatlarda məni necə qarşılayırlar, onların reaksiyalarına fikir verin”, - deyə o vurğulayıb.

 

Qeyd edək ki, Macarıstan hökuməti artıq Gürcüstanın sabiq ədliyyə naziri Zurab Adeişviliyə siyasi sığınacaq verib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 998

Oxşar yazılar