Saakaşvili: “Gəlməyəcəm”!
23 mart 2014 11:07 (UTC +04:00)

Saakaşvili: “Gəlməyəcəm”!

Gürcüstanın eks prezidenti Mixail Saakaşvili ölkə Baş prokurorluğunun onu dindirmək üçün göndərdiyi çağırış vərəqəsinə öz münasibətini bildirib. Lentşaz-ın anspress-ə istinadən verdiyi məlumata görə, Saakaşvili deyib ki, onun heç bir günahı yoxdur və bu baxımdan da dindirilmək üçün Tbilsiyə, Baş prokurorluğa getməyəcək. 

“Mən dostlarımla Ukraynaya dəstək kampaniyasına qoşuldum. Azad insan kimi istənilən regionun azadlığı uğrunda mübarizəsinə qoşula bilərəm və heç kəs mənim harasa getməyimə maneçilik törədə bilməz”, - deyə Saakaşvili Niderlandda jurnalistlərlə görüşü zamanı deyib. 

Mixail Saakaşvili onun dindirilməsini Moskvanın sifarişi olduğu deyərək əlavə edib ki, o, Gürcüstana Moskvanın “icraçı sifarişlərini” təmizləmək üçün gələcək. “Bu, iş adamı, Gürcüstanın eks baş naziri Bidzina İvanişvilinin dediyi vaxtdan tez olacaq. Bidzina Moskvadan aldığı sifarişi həyata keçirmək üçün Kremldən 2 milyard dollar almışdı. Hamı bilirdi ki, Gürcüstanda son sözu İvanişvili demir. Mən yorulanadək öz mübarizəmi davam etdirəcəyəm”, - deyə Saakaşvili bildirib. 

Xatırladaq ki, Saakaşvilinin çağırış vərəqəsi dünən onun anası Qiuli Alasaniyaya təqdim edilib. Gürcüstan Baş prokurorluğunun əməkdaşı Koka Kaçitadze dünən keçirdiyi brifinqdə deyib ki, Saakaşvili dindirilməyə gəlməməsini izah etməlidir. “Ancaq inanırıq ki, o, öz hərəkətini ölçüb-biçəcək və Baş prokurorluğa gələcək”, - deyə prokuror deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1545

Oxşar yazılar