2013-cü il dekabrın 17 - də Türkiyədə keçirilən rüşvət və korrupsiyaya qarşı keçirilən əməliyyat çərçivəsində həbs olunan və 74 gün həbsxanada saxlanıldıqdan sonra sərbəst buraxılan İran əsilli, Türkiyə vətəndaşı, iş adamı Rza Zarrabın xaricə səfərinə tətbiq edilən qadağa ləğv edilib.
Lent.az-ın Habertürk-ə istinadən məlumatına görə, o, 2013-cü il bekarın 20-də tutulub. Bu il fevralın 28-də əleyhinə dəlilərin yetərli olmaması səbəbindən sərbəst buraxılıb.
Bununla belə hər həftənin cümə günü onun polis bölməsində qeydiyyatdan keçməsi ilə bağlı qərar qüvvədədir.
Həmin əməliyyat zamanı saxlanılan Türkiyənin keçmiş xarici işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülərin xaricə çıxış qadağasının aradan qaldırılması ilə bağlı müraciətinə rədd cavabı verilib.