2013-cü il dekabrın 17-də Türkiyədə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə çərçivəsində keçirilən əməliyyat nəticəsində tutulanlarla bağlı İstanbul Ağır Cinayətlərə qarşı məhkəməyə təqdim olunan ittihamnamədə çatışmazlıqlar olduğundan prokurorluğa qaytarılıb.
Lent.az-ın Türkiyə NTV-sinə istinadən məlumatına görə, İstanbul baş prokuroru Əkrəm Aydınər ittihamnaməni dəyərləndirib.
Mənbə bildirib ki, 31 şübhəli ilə bağlı ittihamnamə martın 14-də məhkəməyə göndərilib.
Prokuroru Ə.Aydınərin açıqlamasına əsasən, ittihamnamədə heç bir çatışmazlıq yoxdur və Ağır Cinayətlərə qarşı Məhkəmədən yuxarı məhkəmə instansiyasına müraciət edilib.
Prokuror bildirib ki, həmin qurum ittihamnamədə çatışmazlığın olub- olmamasına dair qərar verəcək.
Mənbə xatırladıb ki, İstanbulun Fateh bələdiyyəsinin sədri Mustafa Dəmir barəsində istintaq işi 88 gündən sonra başa çatdırılıb.
Qeyd edək ki, dekabrın 17-də keçirilən əməliyyat zamanı 3 nazirin oğulları, iş adamı Rza Sərraf həbs edilmişdi. Onlar və daha bir neçə şübhəli bir müddət həbsdə saxlanıldıqdan sonra sərbəst buraxılıb.