Rusofobiyaya görə 50 min cərimə
15 mart 2014 07:45 (UTC +04:00)

Rusofobiyaya görə 50 min cərimə

0

Dövlət dumasının üzvü, eser İlya Ponomaryov Rusiyada rusofobiyanın təbliğinin qadağan edilməsi haqqında qanun layihəsinə təklif edib.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, həmin təklifə əsasən, federasiya ərazisində rusofobiyanı təbliğ edənlər 50 min rubl məbləğində cərimələnməlidir.

 

Bununla bağlı deputat deyib ki, çeşidli kütləvi və elektron informasiya vasitələrində davamlı olaraq, rusofobiya ovqatlı materiallar yayımlanır, dərc olunur.

 

İ.Ponomaryov İnzibati Xətalar Məcəlləsinə  rusofobiyanın təbliği ilə bağlı  yeni maddə təklif edilib. Yeni maddədə çeşidli cəzalar və cərimələr nəzərdə tutulması təklifi irəli sürülüb. Orada 15 sutka azadlıqdan məhrumetmə cəzası ilə yanaşı 50 min rubl cərimə də nəzərdə tutulub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 798

Oxşar yazılar