Rusiyada erməni vəhşiliyi: əhali etiraza qalxıb
07 oktyabr 2014 17:34 (UTC +04:00)

Rusiyada erməni vəhşiliyi: əhali etiraza qalxıb

Minvod xəstəxanasında ermənilərin milliyətcə rus olan 31 yaşlı Anatoli Larionovu öldürməsi xəstəxananın baş həkimindən sonra şəhərin baş milis idarəsinin rəisinin istefasına səbəb olub. Yada salaq ki, sentyabrın 21-də şəhərdə yaşayan ermənilər xəstəxanada A. Larionova kütləvi şəkildə hücum edərək, onu ölümcül döyüblər, bir nəfəri ağır yaralayıb.

 

“İnterfaks” yazır ki, xuliqanlıq, qəsdən adamöldürmə maddələri ilə qaldırılan cinayət işi üzrə 35 nəfər saxlanılıb. Saxlananlardan çoxu ermənilərdir. Fakt üzrə daxili işlər orqanları xüsusi qərargah yaradıb. Digər şübhəlilərin axtarışı davam etdirilir. 

 

Olay baş verən gündən şəhərdə qarşıdurmalar, iğtişaşlar bitmək bilmir. Bir neçə dəfə küçə yürüşü keçirən rus əhali hökuməti ermənilərin özbaşınalıqlarının qarşısını almaq üçün sərt tədbirlər görməyə çağırıb. Milis vətəndaşların etiraz aksiyasını zorakılıqla yatırıb, xəsarət alanlar var. 

 

Kütləvi davanın video görüntüsünü ilk olaraq bloger Oksana Velva öz səhifəsində yayıb. Görüntülərdə 40 nəfərin eyni anda xəstəxanaya gəldiyi və Anatoli Larionovun başına şüşə butulka ilə zərbə vurduqdan sonra onu təpikləməyə başladığı aydın görünür.

 

Vilayət milisinin apardığı araşdırmalar isə ortaya çıxarıb ki, olayın təşkilatçısı Andronik Sakanyandır. Artıq onun haqqında 2 aylıq həbs qətimkan tədbiri seçilib. Samvel Manuçaryan da qətlin əsas iştirakçılarından sayılır. Minvod məhkəməsinin qərarı ilə S. Manuçaryana da 2 aylıq həbs cəzası kəsilib. 

 

Minvodlular üçün ən gözlənilməzi isə kazak alayının yerli rəhbəri ataman Yevgeni Smirnovun həbsidir. İlkin istintaq materiallarında onun adı olayın əsas iştirakçıları arasında çəkilir. 

 

Maraqlıdır ki, Yevgeni Smirnov 31 yaşlı Larionovun  öldürülməsi ilə bağlı keçirilən ilk etiraz aksiyasında çıxış edərək olayı pisləyib. İstintaq materiallarında yazılıb ki, özünü qeyri-rəsmi olaraq şəhərdə rusların keşikçisi elan edən kazak lider şəhərdə iğtişaş yaradaraq, nəzarətində olan qanunsuz silahlı dəstələrin yardımı ilə çeşidli qruplar arasında yaranan mübahisələri çözürmüş...

 

Olay “Yevgeniya” kafesində başlayıb. Obyektin adının çəkilməsini istəməyən sahibi bildirib ki, Cakanyan, Smirnov və daha bir neçə nəfərin əyləşdiyi masaya bir nəfər (böyük ehtimalla Larionov) yaxınlaşıb və birlikdə içməyi təklif edib: “Həmin masada ciddi söhbət gedirdi. Hansısa torpaq məsələsi müzakirə edilirdi. Masadakılar həmin şəxsdən uzaqlaşmasını  istədilər. Bu isə onun xoşuna gəlmədi və dedi ki, siz məni saymırsız, hörmət etmirsiz. Söz çəkişməsindən sonra əlbəyaxa dava başlandı. Masadakılar onun başına butulka ilə bir neçə zərbə endirdilər. Sonra kimsə yaralını xəstəxanaya apardı. Bu arada Sakanyan telefonla dostlarına zəng edib, onlardan xəstəxanaya gəlmələrini istədi. Sonra özləri də kafedən getdi”.

 

Sakanyanın dəvət etdiyi şəxslər Lorionovu xəstəxanının girişində “qarşılayıb” ölənə qədər döyüblər. Həkimlərin verdiyi ölüm aktında yazılıb ki, Larionovun kəllə sümüyü iki yerdən qırılıb, daxili orqanları zədələnib və daxili qanaxma baş verib.

 

Larionovun dəfni izdihamlı keçib. Milisin gücləndirilmiş mühafizəsi altında davam edən mərasimə ruslar, noqaylar, azərbaycanlılar, ermənilər, qaraçılar gəlib. 

 

Mərhumun atası Vladimir Lorionov deyib ki, oğlu heç zaman milli qarşıdurmaların iştirakçısı olmayıb: “Hüquq-mühafizə orqanlarından oğlumun qatillərinin tapılaraq cəzalandırılmasını tələb edirəm. Anatolinin adından istifadə edilərək milli münaqişə yaradılmamasını Minvod sakinlərindən xahiş edirəm. Önəmli olan caninin tapılmasıdır. Caninin isə milliyyəti olmur”.

 

Minvod milisi olay baş verən gündən gücləndirilmiş iş rejiminə keçib. Şəhərdə hər gün qarşıdurmalar, küçə yürüşləri, etiraz aksiyaları keçirilir. Öldürülən şəxsin yaxınları ilə bərabər həbs edilənlərin yaxınları və tərəfdarları da küçələrə çıxır. Hakmiyyət binalarının mühafizəsi də gücləndirilib. Şəhərə OMON-çuların əlavə qüvvəsi gətirilib.

 

Mineralnıye Vodı rayonu yerli hakimiyyət orqanının rəhbəri Konstantin Qomayunov “İnterfaks”a açıqlamasında deyib ki, bir sıra qüvvələr olayları milli zəmində qarşıdurmaya çevirmək üçün təxribatlar hazırlayırlar: “Ancaq bu, milli zəmində baş verən qarşıdurma deyil. Kütləvi davada 5 millətin təmsilçiləri olub”.

 

Şəhər sakinlərini ən çox narahat edən məqam xəstəxanaların, məktəblərin mühafizəsinin zəif təşkılidir. “İnterfaks”a müsahibə verən minvodlular deyiblər ki, bu, şəhər xəstəxanasına ilk hücum deyil. Kriminal avtoritetlərin təşkilatçılığı ilə xəstəxanaya dəfələrlə basqın olub, hətta müalicədə olan xəstələr oğurlanıb.

 

Sakinlər şəhərin son zamanlar daha da kriminallaşmasına hökumət qurumlarının yarıtmaz fəaliyyətinin səbəb olduğu düşüncəsindədir.

 

Ərazinin aid olduğu Stavropol vilayətinin erməni icması oktyabrın 5-də olayla bağlı bəyanat yayıb. Bəyanatda “kimlərinsə məişət zəminində baş verən kriminalı millətlərarası münaqişə kimi təqdim etmək cəhdi” pislənir. 

 

Rusiya Erməniləri Birliyi də bu olaya səssiz qalmayıb. Qurum hüquq-mühafizə orqanlarını Şimali Qafqazda kriminogen duruma nəzarət etməyə, provokasiyaların qarşısını almağa çağırıb. 

 

Bir sıra qaynaqlar xəbər verir ki, bazar günü Minvodun baş meydanında böyük mitinqin keçirilməsinə hazırlıqlar gedir. 

 

(musavat.com)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3622
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35