Ukraynan şərqidə gərginlik artmaqdadır. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən məlumatına görə, ölkənin müvəqqəti prezidenti Aleksandr Turçinov bu bölgədə antiterror əməliyyatının gücləndirilməsi haqda əmr verib.
Rusiya isə buna qarşılıq verəcəyini bildirib. Ölkənin xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Ukraynadakı rusiyayönlülərə qarşı “hücum cavabsız qalmayacaq”.