Ukraynanın Donetsk şəhərində rusiyayönlülərin aksiyası davam edir.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, vilayətin dövlət binasını ələ keçirən rusiyameyllilər özlərinin “xalq ordusu”nu yaratmaq haqda qərara gəliblər.
Bu haqda “Donetsk Xalq Respublikası”nın “liderlərindən” biri Denis Puşilin mətbuat konfransında bildirib.