Rusiyayönlü terrorçular Donetskdə keşişi oğurlayıb
09 iyul 2014 04:03 (UTC +04:00)

Rusiyayönlü terrorçular Donetskdə keşişi oğurlayıb

0

İyulun 8-də Ukrayna Pravoslav Kilsəsinin Kiyevdəki Partiarxlığının keşişi Yuri İvanov Donetskdə yaşadığı Evin yaxınlığından oğurlanıb.

 

Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, o,  Donetskin Petrovsk rayonu Pokrov Boqorodits ev-kilsəsində keşiş imiş.

 

Mənbə bildirib ki, bir müddət öncə, rusiyayönlü terrorçular ondan Ukrayna Pravoslav Kilsəsinin Kiyev Patriarxlığının Donetskdəki arxiyepiskopu Sergini öz adından çağırmasını tələb ediblər. Məlumata əsasən, terrorçular onu oğurlamaq istəyirmiş. Ancaq Yuri İvanov onların tələbinə əməli etməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 831

Oxşar yazılar