Almaniyanın şimalındakı Stralsundda jurnalistlərə açıqlama verən iki lider Ukrayna böhranının həlli üçün beş maddəlik təklif təqdim etdiklərini söyləyiblər. Merkel Şərqi Ukraynada Rusiya tərəfdarlarının keçirəcəyi referenduma qarşı çıxaraq Putinə müraciət etdiyini vurğulayıb.
Qeyd edək ki, daha əvvəlki xəbərdarlıqları dinləməyən Putin, cümə günü Krımdakı Qələbə Günü tədbirlərinə qatılıb. Rusiya prezidentini bu addımı Qərb ölkələri tərəfindən birmənalı qarşılanmayıb. Bəzi ölkələr Putinin bu addımını Ukrayna böhranının həlli istiqamətində görülən işlərə zərbə vurmaq kimi qiymətləndiriblər.