Rusiyaya qarşı sanksiyalar uzadıla bilər
17 aprel 2015 01:22 (UTC +04:00)

Rusiyaya qarşı sanksiyalar uzadıla bilər

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları, çox güman ki, ilin sonunadək uzada bilər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Çexiyanın baş naziri Boquslav Sobotka bildirib.   

 

“Biz Rusiyaya qarşı sanksiyaların 2015-ci ilin sonunadək uzadılacağını gözləyirik”, deyə o mətbuat konfransında bildirib.  

 

Onun sözlərinə görə, Minsk sazişinin müddəaları yerinə yetirilməyincə Aİ sanksiyaları ləğv etməyəcək.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 247

Oxşar yazılar