Vaşinqtonda ABŞ prezidenti Barak Obama və Almaniyanın kansleri Anqela Merkel görüşlərinin yekunları ilə bağlı mətbuat konfransı keçirirlər.
APA-nın İTAR-TASS agentliyinə istinadən məlumatına görə, Obama Merkellə birgə Rusiyaya qarşı sanksiyaların qüvvədə qalması ilə bağlı razılığa gəliblər.
“Rusiya kursunu dəyişməzsə, ona qarşı siyasi və iqtisadi izolyasiya güclənəcək”, deyə B.Obama bildirib.