Rusiyaya qarşı sanksiyalar genişləndirilə bilər
02 dekabr 2014 07:56 (UTC +04:00)

Rusiyaya qarşı sanksiyalar genişləndirilə bilər

0

Rəsmi Tehranla Moskva arasında bağlanan sazişlər İrana qarşı tətbiq olunan sanksiyalara zidd olduğu halda, ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirə bilər.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin rəsmisi Cen Psaki bəyan edib.

 

“Bizim Rusiya ilə İran arasında aparılan və iqtisadi əməkdaşlığın müxtəlif sahələrini əhatə edən danışıqlardan xəbərimiz var. Hər hansı bir şübhə yarandıqda buna reaksiya veriləcək, lakin biz mücərrəd şəkildə bunu edə bilmərik”, deyə Psaki bildirib.

 

Xatırladaq ki, bundan əvvəl Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev neftin əvəzi olaraq İrana taxıl və sənaye malları tədarük edəcəyini bildirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 752

Oxşar yazılar