Rusiyaya qarşı əlavə sanksiyalara ABŞ da  qoşuldu
12 sentyabr 2014 03:31 (UTC +04:00)

Rusiyaya qarşı əlavə sanksiyalara ABŞ da qoşuldu

Aİ-nin ardınca ABŞ da Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edib. Yeni sanksiyaların detalları bu gün açıqlanacaq.

 

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Barak Obama bəyan edib. “Rusiyanın Ukraynadakı qanunsuz hərəkətlərinə cavab olaraq biz bu ölkəyə qarşı sanksiyaların intensivləşdirilməsi məsələsində Avropa İttifaqına qoşuluruq”, deyə Obama bildirib.     

 

“Biz Rusiyanın maliyyə, energetik və müdafiə sektorlarına qarşı sanksiyaları genişləndiririk. Bu tədbirlər Rusiyanın siyasi təcridinin miqyasını genişləndirəcək və prezident Putinə və onun yaxın ətrafına mühüm olan sahələrdə Rusiya üçün iqtisadi dəyəri artıracaq. Bu sanksiyaların detalları sabah açıqlanacaq”, deyə Obama qeyd edib.  Onun sözlərinə görə, sanksiyaların genişləndirilməsi Rusiya qoşunlarının və ağır silahlarının Ukrayna ərazisində olmasına cavabdır.

 

“Əgər Rusiya öz öhdəliklərini tam şəkildə icra edərsə, sanksiyalar dayandırıla bilər”, deyə ABŞ prezidenti əlavə edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1043
avatar

Oxşar yazılar