Rusiyaya müharibə elan etmiş qruplaşmanın lideri məhv edildi
25 dekabr 2015 22:55 (UTC +04:00)

Rusiyaya müharibə elan etmiş qruplaşmanın lideri məhv edildi

Dekabrın 25-də Suriyada hava zərbəsi nəticəsində “Ceyş əl İslam” qruplaşmasının lideri Zəhran Əlvəş məhv edilib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Al Mayadeen telekanalı xəbər verib.

 

Z.Əlvəşlə yanaşı 13 səhra komandiri və digər qruplaşmaların 7 hərbi rəhbəri məhv edilib, qruplaşma liderinin 2 müavini isə ağır yaralanıb.

 

Qeyd olunur ki, hava hücumu Otaya yaşayış məntəqəsində, qruplaşmanın operativ qərargahının iclası zamanı həyata keçirilib.

 

Xatırladaq ki, “Ceyş əl İslam” qruplaşması oktyabrda Rusiyaya qarşı müharibə elan etmişdi. Müharibənin elan edilməsinə əsas səbəb kimi rəsmi Moskvanın Bəşər Əsədi dəstəkləməsi göstərilirdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 224
avatar

Oxşar yazılar