Rusiyanın zərbələri İŞİD sıralarında çaxnaşma yaradıb
07 oktyabr 2015 04:27 (UTC +04:00)

Rusiyanın zərbələri İŞİD sıralarında çaxnaşma yaradıb

0

Rusiya federasiyası Müdafiə Nazirliyi Rusiyanın hava zərbələrinin  İŞİD terror qruplaşmasının sıralarında çaxnaşma yaratdığını bildirib.  APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov bildirib. Onun sözlərinə görə, silah-sursat anbarlarına və komanda məntəqələrinə endirilən zərbələr silahlılar arasında çaxnaşma yaradıb.  

 

Qeyd edək ki, oktyabrın 6-da Rusiya təyyarələri İŞİD-in 12 obyektinə zərbələr endirib, onlarla terrorçu məhv edilib.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 336

Oxşar yazılar