Rusiyanın Ukraynadakı səfirliyinin binası yumurta "atəşinə" tutlub
14 iyun 2014 21:27 (UTC +04:00)

Rusiyanın Ukraynadakı səfirliyinin binası yumurta "atəşinə" tutlub

Moskvanın Kiyevdəki səfirliyinin binası qarşısında etiraz aksiyası keçirilib.

 

Lent.az-ın “İnterfaks”-a istinadən məlumatına görə, aksiya iştirakçıları səfirliyin binasına yumurta atıb, diplomatların avtomobillərini yaşıl rənglə boyayıblar.

 

Etirazçılar Rusiya səfirliyinin binasındakı “Rusiya Federasiyasının səfirliyi” yazılmış lövhənin üzərində Ukraynanın dövlət bayrağının şəkilini çəkib.

 

Asayiş keşikçiləri ilə aksiyaçılar arasında qarşıdurma olmayıb.

 

Piketdə iki yüzdən çox insanın iştirak etdiyi haqda xəbər yayılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 685

Oxşar yazılar