Rusiyanın neft gəlirləri xeyli azalıb
08 may 2015 07:09 (UTC +04:00)

Rusiyanın neft gəlirləri xeyli azalıb

Rusiyanın neft ixracından əldə etdiyi gəlirlər 2015-ci ilin  yanvar-mart ərzində 16,3 faiz – 22,7 mlrd. dollarədək azalıb.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Federal Gömrük Xidmətinin açıqlamasında bildirilir.

 

Qurumun məlumatına görə,  2015-ci ilin I rübü ərzində 59,344 mln ton (2014-cü ilin analoji dövrü ilə müqayisədə 12,7 faiz çox) ixrac olunub. Qeyd olunan dövrdə uzaq xarici ölkələrə ixracın həcmi 14,7 faiz artıb, MDB ölkələrinə isə, əksinə, 2,7 faiz azalma qeydə alınıb.

 

Neft məhsullarının ixracı 23,7 faiz (45,803 tonadək) artıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 133
avatar

Oxşar yazılar