Rusiyanın İstanbuldakı konsulluğunun mühafizəsi gücləndirildi
10 dekabr 2015 20:34 (UTC +04:00)

Rusiyanın İstanbuldakı konsulluğunun mühafizəsi gücləndirildi

İstanbul polisi Rusiyanın şəhərin mərkəzindəki konsulluğunun mühafizəsini gücləndirilməsi ilə bağlı əlavə tədbirlər görüb. APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, konsulluğun yerləşdiyi binanın ətrafına gücləndirilmiş polis naryadları, bir neçə polis avtobusu cəlb olunub.

 

Qeyd edək ki, bundan əvvəl bir neçə krım-tatar təşkilatı Rusiyanın Ankara və İstanbuldakı diplomatik missiyalarının qarşısında etiraz aksiyaları keçirmək niyyətində olduğunu bildiriblər.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 218

Oxşar yazılar