Rusiyanın hərbi gəmiləri Çanaqqaladan keçib
03 mart 2014 23:01 (UTC +04:00)

Rusiyanın hərbi gəmiləri Çanaqqaladan keçib

Rusiya Hərbi Dəniz Donanmasının iki gəmisi Türkiyənin Çanaqqala boğazından (yunanlar buraa «Dardanel» deyir) keçib.

 

Lent.az-ın Türkiyə «NTV»-sinə istinadən məlumatına görə, «Yamal» və «Saratov» adlı bu hərbi gəmilər Çanaqqaladan keçərək,  Egey dənizindən, Mərmərəyə doğur hərəkət ediblər.

 

Türkiyə sahil təhlükəsizlik qoşunları heyətinin qayıqları onları Mərmərə dənizinə daxil olanadək müşayiət edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2507

Oxşar yazılar