Rusiyanın Gümrüdəki bazasının hərbçisini əsgər yoldaşı öldürüb
16 iyun 2015 06:46 (UTC +04:00)

Rusiyanın Gümrüdəki bazasının hərbçisini əsgər yoldaşı öldürüb

0

Rusiya və Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiyanın Gümrüdəki hərbi bazasının hərbi qulluqçusunun qətli ilə bağlı cinayət işi üzrə istintaqı davam etdirirlər. APA-nın məlumatına görə, bu barədə “TASS”a Ermənistan İstintaq Komitəsindən bildirilib.

 

“Hazırda əsas işi Rusiya tərəfi aparır”, deyə qurumun rəsmi nümayəndəsi Sona Truzyan bildirib.  

 

 Qeyd edək ki, ötən gün Ermənistanın Gümrü şəhərində 102 saylı Rusiya hərbi bazasının hərbi qulluqçusunun cəsədi tapılıb.

 

Meyit "Ana Ermənistan" kompleksinin ərazisində aşkar edilib.

 

Şirak vilayətinin prokuroru Raffi Aslanyan bildirib ki, qətlə yetirilmiş şəxs 102 saylı Rusiya hərbi bazasının hərbi qulluqçusu Krasnoyarskda anadan olmuş  1995-ci il təvəllüdlü İvan Novikovdur. O qeyd edib ki, əsgərin bədənində bıçaq xəsarətləri aşkarlanıb.

 

Sonradan qətli törətməkdə şübhəli bilinən Rusiya hərbi bazasının digər hərbi qulluqçusunun saxlanıldığı bildirilib. Məlumata görə, saxlanılan şəxs cinayəti əsgər yoldaşı ilə məişət zəminində yaranan münaqişə zamanı törətdiyini etiraf edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar