Dəməşqdə Rusiya səfirliyinin yerləşdiyi rayon müxalifət tərəfində minaatanlardan atəşə tutulub.
Lent.az-ın “RBK”-ya istinadən məlumatına görə, bu haqda səfirliyin mətbuat attaşesi xəbər verib.
“İlkin məlumata əsasən, səfirlik əməkdaşları arasında xəsarət alan yoxdur” -deyə, o,
bildirib.
Yerli sakinlərin sözlərinə görə, beş mina Mazraa rayonuna, o cümlədən biri Rusiya səfirliyinin hasarının bir neçə metrliyinə düşüb.