Rusiyanın Dəməşqdəki səfirliyi atəşə tutuldu
21 sentyabr 2015 21:42 (UTC +04:00)

Rusiyanın Dəməşqdəki səfirliyi atəşə tutuldu

0

Rusiyanın Suriyanın paytaxtındakı səfirliyi qumbaraatandan atəşə tutulub.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya XİN-in bəyanatında bildirilir. 

 

“Sentyabrın 20-ı, saat 09:00 radələrində Rusiyanın Dəməşq şəhərindəki səfirliyinin ərazisinə qumbaraatan mərmisi düşüb. İnsident nəticəsində zərərçəkən olmayıb. Hadisəni qəti şəkildə pisləyir, terror aktı ilə bağlı regional tərəflər daxil olmaqla, beynəlxalq ictimaiyyətin mövqeyini gözləyirik”, bəyanatda qeyd edilir.

 

Bəyanatda həmçinin vurğulanır ki, səfirlik hökumətə qarşı mübarizə aparan silahlıların cəmləşdiyi Cobar bölgəsindən atəşə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 213

Oxşar yazılar