Rusiyanın bölgələrindəki hərbi akademiya, institut və məktəblərinin məzunları, gənc zabitlər hərbi xidmət keçmək üçün Krımdakı hərbi hissələrə gətirilib.
Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, bu haqda RF-nin Cənubi Hərbi Dairəsinin mətbuat xidməti xəbər verib.
Məlumata əsasən, yüzə yaxın yeni zabit Krımda və Sevastopolda yerləşən Qara dəniz donanmasının birlik və hərbi hissələrində xidmət edəcək.
Mənbə bildirib ki, bu ilin iyununda 1200-dən çox yeni çağırışçı Krımda gəmilərdə və Qara dəniz donanmasının sahildəki hərbi hissələrinə göndərilib.
Cənubi Hərbi Dairəsinin məlumatına görə, krımlılar 2015-ci ildə Rusiya ordusunda hərbi xidmətə çağırılacaq və 2016-cı ilin sonunadək onlar yarımadada, bundan sonra RF-nin bütün ərazisində hərbi xidmət edəcəklər.