Aprelin 23-də Britaniyanın “Tayfun” qırıcı təyyarələri havaya qalxıb.
Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, onlar Britaniyanın hava sərhədinə yaxınlaşan Rusiyanın iki “Tu-95” bombardmançı təyyarəsini izləyib.
Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, bu haqda İngiltərədə çıxan “Qardian” qəzeti xəbər yayıb.
Mənbə bildirib ki, Rusiya təyyarələri Şotlandiya sahillərinə yaxınlaşıb.
“Tayfun"-lardan başqa Rusiya təyyarələrini Hollandiya və Danimarka qırıcıları da qarşılayıb. Britaniya, Hollandiya və Danimarkanın təyyarəçiləri Rusiya bombardmançılarını Almaniyanın hava məkanınadək müşayiət ediblər.
“Sky news”-un yazdığına görə, Britaniya hakimiyyəti baş verən olayın Ukraynadakı vəziyyətlə əlaqəsi olmadığın bildirib: “Rusiya təyyarələri bir neçə aydan bir Britaniya Hərbi Hava Qüvvələrinin sayıqlığını yoxlayır”.