Ukrayna Mədəniyyət Nazirliyinin dini işlər və milliyyət məsələləri üzrə İdarəsinin direktoru Vladimir Yuşkeviç Moskva və Ümumrus Kilsəsinin Patriarxı Kirillin ehtimal olunan səfərinə etiraz bəyanatı yayıb.
Lent.az-ın “İnterfaks”-a istinadən məlumatına görə, direktor bildirib: “Ukrayna qanunları çərçivəsində bu səfərin baş tutmaması, ölkəmizin istənilən bölgəsinə, o cümlədən müvəqqəti işğalda olan torpaqlarımıza onun gəlməməsi üçün bütün vasitələrdən istifadə edin”.
Onun sözlərinə görə Rusiyanın baş keşişinin Ukrayna ərazisinə səfəri ölkədə xristian təriqətləri arasında qarşıdurmanı gücləndirəcək: “Onun Ukraynaya səfəri yalnız Rusiyanın təcavüzü nəticəsində işğal edilən Ukrayna torpaqları azad edildikdən sonra mümkündür”.
Məlumata əsasən, Ukrayna pravoslav kilsəsi Rusun xristianlığı qəbul etməsinin növbəti ildönümü münasibəti ilə keçiriləcək tədbirə onu da dəvət etmək istəyir.