Rusiyada “Makdonalds” restoranlar şəbəkəsində genişmiqyaslı yoxlamalara başlanılıb. Lent.az-ın İTAR-TASS” informasiya agentliyinə istinadən xəbərinə görə, yoxlamalar Moskva ilə bərabər, 16 vilayətdə yerləşən “Makdonalds” restoranlarında da aparılacaq.
Yoxlamaları aparan Rusiyanın Rospotrebnadzor dövlət qurumundan bildiriblər ki, hələlik heç bir restoran qapadılmayıb, sadəcə qaydalar çərçivəsində yoxlamalar aparılır.