Rusiyanın 3 vertolyotu Ukraynanın sərhədini pozub
04 iyul 2014 22:16 (UTC +04:00)

Rusiyanın 3 vertolyotu Ukraynanın sərhədini pozub

0

Ukraynanın Xarici İşlər Nazirliyi Rusiyaya etiraz notası göndərərək, ölkənin hava məkanının “sistemli şəkildə pozulmasında” Moskvanı ittiham edib.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, Rusiyaya göndərilən həmin sənəddə bu sayaq əməllərin dayandırılması və baş verən hadisələrin araşdırılması tələb olunub.

 

Ukrayna XİN-in məlumatına əsasən, yalnız iyulun 3-də dövlət sərhədi Rusiya tərəfindən bir neçə dəfə pozulub: “Rusiya tanınma nişanları ilə Ukraynanın hava məkanını “Mİ-8” və “Mİ-24” vertolyotları pozub. Onlar Luqansk vilayəti Blaqoşenka yaşayış məntəqəsində, özəlliklə  “Aleksandrovka” buraxılış –məntəqəsi istiqamətində 5 km –lik dərinlikdə Ukrayna ərazisinə soxulub”.

 

Moskva hələlik Ukraynanın notasına cavab verməyib.

 

Xatırladaq ki, rəsmi Kiyev əvvəllərdə Rusiyaya oxşar notalarla etiraz edib. Ancaq Moskva bu diplomatik müraciətləri təkzib edərək, çeşidli bəhanələr irəli sürüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 703

Oxşar yazılar