Rusiyalı qadını zorlamaqda şübhəli bilinən misirli tutulub
13 iyul 2014 05:29 (UTC +04:00)

Rusiyalı qadını zorlamaqda şübhəli bilinən misirli tutulub

0

Misirin hüquq-mühafiə orqanları Rusiya vətəndaşı, turist qadını zorlamaqda şübhəli bilinən 23 yaşlı kişini həbs edib. Lent.az-ın «İnterfaks»-a istinadən məlumatına görə, hadisə Misirin kurort Şarm-əl-Şeyx şəhərində baş verib.

 

Misir polisinin məlumatına əsasən, cinsi təcavüzü törədənturist agentliklərindən birində sürücü işləyən  yerli sakindir. O, Rusiyadan olan cütlüyü avtomobilə apararkən, qadının ərini maşından bəhanə ilə düşürüb. Sonra 36 yaşlı qadını naməlum istiqamətdə aparıb.

 

İlkin məlumata əsasən, o, əməlini təəəssüflə etiraf edib.

 

Mənbə xatırladıb ki, son iki ildə Misirdə cinsi qısnama ilə bağlı 150 hadisə baş verib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1367

Oxşar yazılar