Rusiyanın Bryansk Dövlət Universiteti Hüquq fakültəsinin kafedra müdiri Aleksandr Qorbaçov İraqda həbsdən azad edilib. Lent.az-ın "BBC"-yə istinadən məlumatına görə, o, mədəni dəyər sayılan əşyaların qaçaqmalçılığında suçlu bilinirdi.
Mənbə xatırladıb ki, Qorbaçov bu il aprelin əvvəlində İraqa Misirdən turist kimi gedib.Ekskursiya zamanı bir neçə saxsı qab parçası toplayıb.Gömrükçülər həmin əşyaların tarixi mahiyyət daşıdığından şübhələniblər. Sonra o, həbsxanaya yerləşdirilib.