Bir aydır ki, doğmaları və yaxınları motoskletçilər arasında “Borxes” kimi tanınan Maksim Krılovun olduğu yeri öyrənməyə cəhd göstərir.
Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, o, bu il mayın sonunda İrana səyahət edib.
Ailə üzvləri və dostları mototuristin İranda həbs ediləcəyindən ehtiyatlanır.
33 yaşlı Krılov bu il mayın 14-də iki dostlu ilə birlikdə Türkmənistanı keçərək, İrana gedib. Dostlar sonra ayrılıb. İrana keçəndən on gün sonra o, ölkənin Bəndər-Abbas şəhərindən SMS-lə öz fotolarını yollayıb. Elə həmin gün qadın dostuna İranın Keşm adasında olduğunu və evə Ermənistandan keçərək qayıdacağını yazıb.
Gürcüstandakı yol bağlı olduğundan Rusiyaya Azərbaycandan keçərək qayıdacağını bildirib.
Qohumları iyunun əvvəlində Rusiyanın Daxili İşlər və Xarici İşlər nazirliklərinə müraciət ediblər. Ancaq indiyə kimi həmin qurumlardan məlumat yoxdur.
Dostları İranın Rusiyadakı səfirinə kollektiv şəkildə müraciət etməyə hazırlaşırlar.
M.Krılovu evində az yaşlı qızı gözləyir.