Rusiyalı jurnalistin cəsədi Belarusda aşkarlanıb
19 mart 2014 21:01 (UTC +04:00)

Rusiyalı jurnalistin cəsədi Belarusda aşkarlanıb

0

Rusiya jurnalist, «Exo Moskva» bloqunun müəllifi Aleksandr Qanisevskinin cəsədi Belarus paytaxtı Minskin 200 km-liyində yerləşən Mikaşeviç şəhərində gölməçədə aşkarlanıb.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, Belarus universitetinin jurnalistika fakültəsini bitirdikdən sonra bu şəhərdə yaşayıb və işləyib. A Qanisevski ora ötən ilin payızında gedib.

 

2013-cü il dekabrın sonunda valideynləri ilə birlikdə evdən çıxıb və itib.

 

Bu günlərdə Mikaşeviç şəhər sakini gənc bir kişinin cəsədini aşkarlayıb. Qohumları 29 yaşlı Aleksandr Qanisevski meyitini tanıyıblar.

 

Yerli milis idarəsinin rəisi cəsəddə zorakılıq əlaməti aşkarlamadıqlarını bildirib.

 

Bununla belə jurnalistin ölümü ilə bağlı istintaq qrupu ölümün səbəbini araşdırmağa başlayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 702

Oxşar yazılar