Rusiyalı hakerlər Barak Obamanın smartfonunu oxudular
26 aprel 2015 11:10 (UTC +04:00)

Rusiyalı hakerlər Barak Obamanın smartfonunu oxudular

 

 

“The New York Times” qəzeti rusiyalı hakerlərin Barak Obamanın yazışmalarına yol tapdıqları barədə məlumat yayıb.  Lent.az-ın “İnterfax”a istinadən xəbərinə görə, bu, 2014-cü ildə cinayətkarların Ağ Evin şəbəkəsinə hücumu zamanı baş verib. Bu barədə ilk informasiya 2014-cü ilin oktyabrında yayılıb.

 

 

İnsidentin araşdırılması ilə məşğul olan mütəxəssislərin məlumatına görə, cinayətin miqyası əvvəl xəbər verildiyindən daha genişdir. Hakerlər Dövlət Departamentinin serverinə, oradan isə Obamanın smartfonunun trafikləri keçən xəttə daxil olublar.

 

 

Ələ keçirilən məxfi olmayan məlumatların da qiymətli ola biləcəyi ehtimal edilir. Çünki bu məlumatlarda prezident Barak Obamanın iş gününün qrafiki, səfirlərlə və digər ölkələrdəki diplomatlarla yazışmaları, kadr dəyişiklikləri barədə informasiyalar da ola bilər.

 

 

Məlumdur ki, Ağ ev əməkdaşları iki kompüterdən istifadə edirlər . Onlardan ancaq biri gizli kanallarla işləyir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 161
avatar

Oxşar yazılar