Rusiyalı girovlara görə pul tələb edildi
03 fevral 2015 03:08 (UTC +04:00)

Rusiyalı girovlara görə pul tələb edildi

Sudanın Darfur bölgəsində Rusiya vətəndaşlarını girov götürənlər onların sərbəst buraxılması üçün pul tələb ediblər.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Sudanın xarici işlər nazirliyindən bildiriblər.

 

Bundan əvvəl Rusiyanın Sudandakı səfirliyi iki vətəndaşının oğurlanması faktını təsdiqləmişdi.

 

Məlum olduğu kimi, Sudanın Mərkəzi Darfur bölgəsində iki Rusiya vətəndaşı naməlum silahlılar tərəfindən girov götürülüb. Onların BMT ilə müqavilə əsasında aviaşirkətdə işlədikləri bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 340
avatar

Oxşar yazılar