Rusiyalı general həmkarı ilə ABŞ-ın NATO-dakı fəallığından danışıb
26 aprel 2014 05:27 (UTC +04:00)

Rusiyalı general həmkarı ilə ABŞ-ın NATO-dakı fəallığından danışıb

Rusiya Silahlı Qüvvələri Baş qərargahının rəisi general Valeri Gerasimov ABŞ Silahlı Qüvvələri qərargahları rəisləri komitəsinin başçısı Martin Dempsi ilə Ukraynadakı vəziyyəti və NATO-nun fəallığını artırmasını müzakirə edib.

 

Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, rusiyalı general ölkəsinin sərhədi yaxınlığında NATO-nun hərbi fəallığını artırmasından, ABŞ hərbçilərinin sayının Baltikyanı ölkələrdə və Polşada artmasından, eləcə də Qara dənizвə alyansın gəmilərinin artırılmasından Moskvanın rahatsızlığını vurğulayıb.
 

 

Gerasimov Rusiya ordusunun Ukrayna sərhədi yaxınlığında keçirdiyi hərbi təlimlər haqda da amerikalı generalı məlumatlandırıb.

 

Tərəflər təmasların davam etdirməsində razılığa gəliblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 489
avatar

Oxşar yazılar