Aprelin 8-dən Rusiya diplomatlarının NATO qərargahına daxil olmasına məhdudiyyət qoyulacaq.
Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, alyansın saytı bu haqda xəbər yayıb.
“Əvvəlkindən rejimdən fərqli olaraq, səfir, nümayəndəlik başçısının müavini və daha iki əməkdaşından başqa, NATO-nun mənzil –qərargahına rusiyalı bütün təmsilçilərin daxil olması qadağan ediləcək. Rusiyanın başqa təmsilçiləri qərargaha daxil olmaq istəsə, o zaman onlara ümumi qayda tətbiq olunacaq” -deyə, bildirişdi vurğulanıb.