Ukrayna XİN Minskdəki tədbirdə iştirakını təsdiqləməyib - <span style="color:red;">YENİLƏNİB
13 mart 2014 22:14 (UTC +04:00)

Ukrayna XİN Minskdəki tədbirdə iştirakını təsdiqləməyib - YENİLƏNİB

0

Ukraynanın Xarici İşlər Nazirliyi Minskdə MDB-yə üzv dövlətlərin xarici  işlər nazirləri müavinlərinin görüşündə iştirakını təsdiqləməyib.

 

Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, bu açıqlama MDB-nin İcraiyyə Komitəsindən verilib.

 

***

21.18

Rusiyanın Xarici İşlər Nazirliyi martın 14-də MDB-yə üzv ölkələrin xarici işlər nazirlərinin müavin səviyyəsində Minskdə görüşün keçirilməsini dəstəkləyib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, həmin görüşdə Ukraynadakı vəziyyət müzakirə ediləcək.

 

Rusiya XİN MDB Xarici İşlər nazirləri Şurasının növbədənkənar toplantısının keçirilməsini istəmədiyindən, bu tədbirin müavinlər səviyyəsində keçirilməsinə  razılıq verib.

 

Qurum «Rusiyanın XİN-in Ukraynadakı vəziyyəti müzakirə etmək istəməməsi» ilə bağlı KİV-də yayılan xəbərlərdən təəssüfləndiyini də vurğulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 593

Oxşar yazılar