Rusiyanın Qara dənizdəki Hərbi Donanması Ukrayna hərbçilərinə verilən ultimatumla bağlı xəbəri təkzib edib.
Lent.az-ın «İnterfaks»-a istinadən məlumatına görə, Rusiyanın bu hərb donanması qərargahının təmsilçisi deyib: «Bu, cəfəngiyyatdır».
***
21.40
Ukrayna Hərbi Dəniz Donanmasının ik gəmisinin, «Ternopol» və «Slavutiç»-in rəhbərliyi və şəxs heyəti Ukrayna xalqına sədaqətli qalacaqlarına and içdiklərini bildirib.
Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, Ukrayna Müdafiə Nazirliyinin mətbuat və informasiya idarəsi bildirib ki, ölkənin gəmiləri Sevastopol buxtasındadır.
***
20.13
Hərb qüvvələrini Krımdan çıxarmaq üçün Rusiya Ukraynaya 12 saat vaxt verib.
Lent.az-ın Habertürk-ə istinadən məlumatına görə, Rusiya Ukraynaya Qara dənizdəki Hərbi Dəniz Donanmasının təslim olması üçün Bakı vaxtı ilə saat 07.00-dək möhlət verdiyini bildirib.
Ultimatum Rusiya donanmasının komandanı Aleksandr Vitko tərəfindən bəyan edilib. Mənbə bildirib ki, ultimatuma əməl edilməyəcəyi təqdir Ukrayna donanması silahlı basqı ilə üz-üzə qalacaq.