Rusiyadan Türkiyəyə turist axını cari ilin son 5 ayı ərzində 28 faiz azalıb. APA-nın məlumatına görə, bu barədə “TASS”a Tükiyənin Rusiyadakı səfirliyinin mədəniyyət və turizm üzrə müşaviri Alper Ozkan bildirib.
“Bizim əlimizdə yanvar-may ayları üzrə rəsmi statistikanın məlumatları var. Ötən ilin (2014) müvafiq dövründə Rusiyadan Türkiyəyə 1,118 mln nəfər səfər edib, bu il isə 801 min nəfər gedib. Beləliklə, turist axını son 5 ayda 28 faiz azalıb”, deyə diplomat bildirib.
Rusiya Statistika Komitəsinin məlumatına əsasən, 2015-ci ilim birinci rübü ərzində 72,2 min rusiyalı Türkiyəyə turist qismində səfər edib. 2014-cü ildə, ümumilikdə, 3,278 mln Rusiya vətəndaşı Türkiyə kurortlarında istirahət edib. Bu 2013-cü ilin göstəricisindən 6 faiz çoxdur.