Rusiyadan Türkiyəyə daha bir zərbə
01 dekabr 2015 15:54 (UTC +04:00)

Rusiyadan Türkiyəyə daha bir zərbə

Rusiya Türkiyədən uçan çarter və şəxsi təyyarələr üçün hava sahəsini bu gündən etibarən bağlayır.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Rusiya təyin edilmiş uçuşlardan başqa bütün səfərlərə hava sahəsinə girişi bağlayıb.

Belə ki, Rusiya Federasiyasından Mülki Aviasiya Baş İdarəsində daxil olan yazıda 1 dekabrdan etibarən Türkiyədən gələn əvvəlcədən təyin edilmiş uçuşlardan başqa, hər növ çarter və şəxsi təyyarə uçuşlarına Rusiya sahəsinin qapalı olduğu qeyd edilib və təyyarələrin milliyyəti başqa bir ölkəyə aid olsa belə, Türkiyədən uçuş qəbul edilməyəcəyinə dair xəbərdarlıq edilib.

Türk mütəxəssisləri bunun turizm baxımından çox ciddi nəticələnəcəyini ifadə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 267
avatar

Oxşar yazılar