Rusiyanın xarici işlə naziri Sergey Lavrov Türkiyə boğazlarından istifadə edərək, ABŞ hərbi gəmilərinin Qara dənizə daxil olmasının “Montre” Konvensiyasına qarşı olduğunu bildirib.
Lent.az-ın Habertürk-ə istinadən məlumatına görə, S.Lavrov bunu Qazaxıstanın xarici ilə naziri Yerlan İdrisovla keçirdiyi mətbuat konfransında bəyan edib.
Konvensiyaya əsasən, Qara dənizə aidiyyəti olmayan dövlətlərin hərbi gəmiləri boğazdan keçərkən onların tutumu və dənizdə qalma müddəti nəzərə alınmalıdır.
“Son zamanlar ABŞ gəmiləri iki dəfə dənizdə qalma müddətini uzadıb. Bu zaman konvensiyadakı qaydalar nəzər alınmayıb. Biz bu məsələyə ABŞ və boğazların sahibi olan Türkiyənin diqqətini çəkdik”-deyə, rusiyalı diplomat vurğulayıb.