2014-cü ilin birinci yarasında Rusiyadan çıxarılan sərmayə artaraq, 74,6 milyard dollara çatıb.
Lent.az-ın “BBC” -yə istinadən məlumatına görə, bu haqda “Bank Rossiya” bildirib.
Bu maliyyə qurumunun məlumatına əsasən, ötən ilin uyğun dövründə bu 33,7 milyard dollar təşkil edib. Beləliklə, cari ilin yanvar - iyun aylarında Rusiyadan çıxarılan kapital ötən ilki ilə müqayisədə 2,2 dəfə artıb.