Rusiyada  “donuz qripi”  daha bir can aldı
18 fevral 2015 01:36 (UTC +04:00)

Rusiyada “donuz qripi” daha bir can aldı

Rusiyanın Stavropol vilayətində  bir nəfər А/H1N1 virusundan (“donuz qripi”) ölüb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, həkimlərin məlumatına görə, ölən şəxs xarici ölkələrin birində ezamiyyətdə olarkən təhlükəli virusa yoluxub və tibbi yardımın göstərilməsi üçün xəstəxanaya gec müraciət edib.  

 

Məlumata görə, təhlükəsizliyin təmin olunması və müayinə aparılması məqsədilə ölən şəxsin ailə üzvləri xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.    

 

Müxtəlif mənbələrin məlumatına görə, xəstəxanada təhlükəli virusa yoluxduğu ehtimal olunan 5 nəfər nəzarətə götürülüb.   

 

Qeyd edək ki, bir neçə gün əvvəl Şimali Osetiyada daha bir nəfər “donuz qripi”nin qurbanı olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 204
avatar

Oxşar yazılar