Rusiyada yoxsulların sayı artır
09 aprel 2014 21:25 (UTC +04:00)

Rusiyada yoxsulların sayı artır

2013-cü ildə Rusiyada gəliri yoxsulluq həddindən aşağı olanların sayı 300 min artaraq 16 milyona çatıb.

 
Lent.az-ın “AzadlıqRadiosu”-na istinadən məlumatına görə, bu barədə Rusiya Statistika Mərkəzinə əsaslanaraq “Lenta.ru” xəbər yayıb.
 
Ötən ilin 4-cü rübü ilə bağlı açıqlanan bu rəqəm Rusiya əhalisinin 11,1 faizini təşkil edir.
 
Məlumata görə, 2012-ci ildə yoxsullar ölkə əhalisinin 10.9 faizini təşkil edib.
 
4-cü rübdə Rusiya əhalisinin adambaşına orta aylıq gəliri 30 min 400 rubl (703 manat) təşkil edib. Bu, yaşayış minimumundan 4 dəfə çoxdur. Bu dövrdə Rusiyada minimum əməkhaqqı 5 min 205 rubl (120 manat) təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 753
avatar

Oxşar yazılar